Gənclər evlərinin xidmətləri

Art studiya (art — incəsənət, studio — studiya) - rəngkarlığın sirlərini öyrənmək istəyən istedadlı gənclərimizin təsəvvür və müasir dizayn düşüncələrinin inkişaf etdirilməsinə, daha geniş mənada incəsənət nümunələrinin öyrənilməsinə, eyni zamanda bədii mədəniyyət zövqlərinin formalaşmasına xidmət edir.

Stolüstü oyunlar seksiyası – gənclərimizə seçdikləri stolüstü (şahmat, domino, nərd, dama) oyunların nəzəriyyəsini və mürəkkəb gedişlərin həllini öyrənmək, oyunlarda iştirak etmək və yarışlara hazırlıq imkanını təklif edir.

Xarici dillər klubu – gənclərimiz üçün öyrənməkdə olduqları xarici dilin vətəni olan ölkənin mədəniyyəti ilə daha yaxından tanış olmaq, əlavə danışıq təcrübəsi qazanmaq, həmçinin bir çox onlayn resurslarımızdan istifadə edərək beynəlxalq layihələrdə iştirak etməyə xidmət edir.

Gənclər üçün qaynar xətt xidməti – yeniyetmə və gənclərimizə pulsuz psixoloji – hüquqi məsləhətlərin verilməsi məqsədilə yaradılmışdır.

Ekologiya dərnəyi – gənclərimizə ətraf mühitin öyrənilməsi məqsədilə təbiətin mühafizəsi uğrunda təşkil olunan layihələrdə iştirak etmək, canlılar aləminin fəal öyrənilməsi prosesində ekologiya elminin əsasları ilə tanış olmağa imkanını yaradır, eyni zamanda onları təbiətsevər və təbii sərvətlərə qayğı ruhunda tərbiyələndirir.

Peşə yönümü mərkəzi – gənclərin peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə onların əmək bazarında tələbatda olan peşə və ixtisaslar, vakansiyalar haqqında məlumatlandırılması, eləcə də peşə, məşğulluq forması, özünüifadə yollarını sərbəst seçmələrinə, psixoloji adaptasiya olunmalarına xidmət edir.

Elektron kitabxana – gənclərin bilavasitə ixtiyarına verilən müxtəlif formatlarda rəqəmsal informasiya obyektlərinin bazasını özündə cəmləyən xidmət növüdür.

Karyera mərkəzi – məzunların, tələbələrin və gənc mütəxəssislərin potensiallarına uyğun işlə təmin olunmaları üçün və daha effektiv formada iş tapmalarına kömək edən bir bölümdür. Mərkəz arzuladıqları peşə üzrə işləmək istəyən gənclərə karyera yolunda irəliləyərkən qarşılaşdıqları çətinliklər ilə bağlı məsləhətlər verir, eyni zamanda onlara Şəxsi portfolio və CV-nin düzgün hazırlanmasında, müsahibədən uğurla keçmələrinə yardımçı olur.

Gənclərin İntellektual klubu – gənclərin mənəvi, fiziki, intellektual və sosial potensialını inkişaf etdirmək, fəal həyat mövqeyini formalaşdırmaq, qısa zaman kəsiyində vacib qərarlar vermək bacarığına yiyələnmək və müdrik adamların əhatəsində vaxt keçirmək üçün mükəmməl imkan yaradır.

Ünsiyyət klubu – məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyasına, onların sosial statusların yüksəldilməsi üçün əhəmiyyətli olan sosial bacarıq və vərdişlərin inkişaf etdirilməsinə, eyni zamanda özünüinkişaf üçün əlavə stimulların yaradılmasına xidmət edir.

İnternet klub – gənclərə yüksək sürətli internet, keyfiyyətli kompüterlərdən istifadə və maraqlı interaktiv oyunlarda iştirak etmək imkanını yaradır.

Vətənpərvərlik klubu – vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında gənclərimizin müasir vətənpərvərlik ruhunun artırılması, ölkənin müdafiəsinə hazırlaşan gənclərin mənəvi-psixoloji cəhətdən hazırlanması və vətəndaş məsuliyyətinin formalaşması məqsədilə yaradılmışdır.

İstedadların hazırlığı laboratoriyası – gənc istedadların üzə çıxarılması və yaradıcılıq potensiallarının artırılması üçün yaradılmışdır.

Texnika və ixtiraçılıq klubu – gənclərin texniki yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və onların ümumtəhsil məktəbdə fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri biliklərinin konstruktiv fəaliyyətləri ilə daha yaxşı mənimsəməsi üçün yaradılmışdır.

Video studiya – video operator, rejissor və montajçı ixtisasları ilə maraqlanan gənclərimiz üçün burada video çəkilişi texnologiyası, videoyazı formatları, videotexnikanın istismarı və kinematoqrafiya barədə ümumi biliklər öyrədilir.

Ölkəşünaslıq dərnəyi – hər bir gəncin yaşadığı şəhər və rayonun tarixini, adət-ənənələri və mədəniyyətinin öyrənilməsinə, həmçinin mədəni irsin qorunmasına yönəldilmiş tərbiyənin formalaşdırılmasına xidmət edir.

Kompüter qrafikası dərnəyi

Tikiş dərnəyi

Toxuculuq və tikiş dərnəyi – gənclərin toxuculuq, tikiş üzrə bilik və bacarıqlarının, peşə hazırlığı səviyyəsinin, eyni zamanda estetik tərbiyələrini inkişaf etdirir.

Xalçaçılıq dərnəyi – gənclərə xalçalar haqqında geniş məlumatlar verilir, xalçaların müxtəlif naxış elementləri, təsvirlərlə bəzədilməsi üsulları, həmçinin toxuculuğun sirləri öyrədilir. .

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.