Çətinliklərin öhdəsindən necə tez gəlmək olar, həyatda daha vacib anlara necə daha çox vaxt ayırmaq olar? Sənin bu çətinliklərin öhdəsindən
gəlməyə dair ideyan var? Öz “Video Pay” ların ilə səhifəmizdə paylaş.
HƏDIYYƏLƏR QAZANMAQ şansı əldə et!

“Video Pay” - vaxta qənaət etməklə məişət, sosial və həyatı problemləri həll etməyə
kömək edən “həyat fəndləri ”, “xalq hikməti” və ya faydalı məsləhətlərdir.
Onların köməkliyi ilə siz həyatda qarşılaşdığınız problemləri daha
asan yolla, daha ucuz və az vaxt sərf etməklə həll edə bilərsiniz.



İştirak qaydaları:

1. Müsabiqədə Təşkilat Komitəsinin üzvlərinin, onlara yaxın şəxslərin, onların ailə üzvlərinin və həmçinin də, müsabiqənin təşkilatında və keçirilməsində iştirak edən digər hüquqi şəxslərin iştirakı qadağandır.

2. Müsabiqədə cinsindən və mənsubiyyətindən asılı olamayaraq, 29 yaşınadək, Azərbaycan vətəndaşı olan və Azərbaycan Respublikası ərazisində yaşayan istənilən fiziki şəxs iştirak edə bilər.

3. Müsabiqədə iştirak edən şəxs www.youtube.com servisində qeydiyyatdan keçməlidir.

4. Müsabiqədə iştirak etmək üçün potensial iştirakçı öz “video pay”ını (müxtəlif məişət və həyatı problemləri daha az vaxt və ya vəsait sərf etməklə həll etmək yolları haqqında məsləhətlərini) www.youtube.com saytında yerləşdirməlidir.

5. Müsabiqənin veb saytına video yükləmək üçün iştirakçı ona təqdim edilən kateqoriyalardan biri üzrə video çəkməli (3 dəqiqədən artıq olmayaraq), ona başlıq verməli (başlıqda mütləq “VideoPay” sözü olmalıdır) və onu www.youtube.com saytına yükləməlidir. Sonradan videonun veb ünvanını info@genclerevi.az. e-mail ünvanına göndərməlidir. Məktuba anket məlumatlarını da əlavə etmək lazımdır.

6. Azərbaycan Respublikasının Qanunvericiliyinə zidd olan, təhqiramiz xarakter daşıyan və həmçinin də, məhsul və xidmətlərin reklamına həsr olunan videoların müsabiqədə iştirakı qadağandır.

7. Təşkilat Komitəsi qeyri bir şəxsin videosundan istifadə edən və həmçinin də, yuxarıda sadalanan qaydalara zidd gedən iştirakçının bütün fəaliyyətini dondurmaq və ləğv etmək hüququna malikdir.

8. İştiraçı müsabiqədə iştirakı ilə öz video çarxının Təşkilat Komitəsi tərəfindən istifadə edilməsinə razılığını bildirmiş olur.