Gənclər evlərinin tədbirlərinin video qalereyası

Gənclər Evlərinin video studiyaları arasında “qısametrajlı filmlər müsabiqəsi”


2015-ci ilin may ayında Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin respublikamızın rayonlarında fəaliyyət göstərən Gənclər Evlərinin video studiyaları arasında “qısametrajlı filmlər müsabiqəsi” keçirildi.Keçirilən müsabiqəyə 7 komanda qatılmışdır.. Bu komandaların hər biri nazirliyin təşəbbüsü ilə təşkil olunan təlimlər zamanı qazandıqları bilik və bacarıqlar sayəsində məhsuldar və yüksək keyfiyyətli bir iş ərsəyə gətirməyə çalışdılar. Filmlər 1 ay ərzində hazırlanıb münsiflər heyyətinə təqdim olundu.
Hazırlanmış videoçarxların keyfiyyəti və dramaturgiyası tam peşəkar olmasa da münsiflər heyyəti debüt təcrübəsini nəzərə alaraq filmləri 5 ballıq sistemlə 2 şkala əsasında dəyərləndirdilər.
Yekunda Gənclər Evlərinin video studiyalarının işçi qruplarının çəkdikləri video çarxlar arasında 3 rayonun video çarxı daha yüksək qiymətə layiq görüldülər.
Onlar aşağıdakılardır:



I yer - Suraxanı Gənclər evinin video çarxı




II yer - Binəqədi Gənclər evinin video çarxı




III yer - Sumqayıt Gənclər evinin video çarxı






“İstedadların hazırlığı laboratoriyası” layihəsi


İstedadların hazırlığı laboratoriyası (Layihənin məqsədi)


"İstedadların hazırlığı laboratoriyası" layihəsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət programı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.



İstedadların hazırlığı laboratoriyası (Təcrübə)


"Layihənin əsas məqsədi" yeniyetmələr arasında elmi və texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elm və texnika sahəsində istedadlı yeniyetmələrin üzə çıxarılmasıdır.



İstedadların hazırlığı laboratoriyası (Məntiq)


Olimpiadada 14-16 yaş arasında olanlar iştirak edə bilər (xüsusi istedada malik 14 yaşdan kiçik olan yeniyetmələr də müstəsna hal kimi iştirak etmə hüququna malikdirlər). Qeydiyyatdan keçmək və layihə haqqında məlumat almaq üçün www.istedad.az saytına daxil olmaq lazımdır.







“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.