“Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl!”
25 noyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

25 noyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM tərəfindən Şirvan şəhər 18 nömrəli tam orta məktəbin şagirdləri ilə “Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl!” mövzusunda seminar keçirildi və könüllülərimiz tərəfindən çəkilən “Bir dəfədən heçnə olmaz” filmi nümayiş edildi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.