Təlimçi Sənan Nəcəfovun təqdimatında “Fərdi özünüinkişaf təlimləri”
22 noyabr 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

22 noyabr 2019 - cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı, təlimçi Sənan Nəcəfovun təqdimatında gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, nitq qabiliyyətinin yüksəldilməsi məqsədilə "Fərdi özünüinkişaf və NLP-PR texnikalarından istifadə etməklə kütlə qarşısında uğurlu çıxış" təlimi keçirildi. 90 nəfərə yaxın gəncin iştirak etdiyi təlim gənclərin böyük marağına səbəb oldu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.