“Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir!” adlı layihə çərçivəsində şahmat üzrə yarış
28 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Mingəçevir şəhər Gənclər Evinin təşkilati dəstəyi ilə “Şahmat bir oyun deyil, həyat fəlsəfəsidir!” adlı fərdi layihə çərçivəsində şahmat üzrə yarış keçirilmişdir.

Yarışda Mingəçevir Tibb və Turizm Kollecləri, Mingəçevir şəhər Peşə və Şahmat məktəbləri və şəhər “İstək” liseyinin tələbə və şagirdləri iştirak etmişdirlər.

Yarış “İsveç sistemi” formatında baş tutmuşdur. İştirakçılar arasından 3 nəfər – Məhəmməd Əliyev, İlham Əsgərli və Nicat Şəfiyev qalib gələrək yarışın final oyununa vəsiqə əldə etmişdirlər.

Layihə çərçivəsində həyata keçirilən şahmat üzrə yarışın final oyunu 28 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində keçirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.