“Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu”
26 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Dövlət Təhlükəsizliyi Xidməti, Mingəçevir şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 26 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini – dini qurumlarla iş üzə təşkilatçısı Sahib Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəis müavini Zaur Əhmədov, həmin şöbənin əməkdaşı Camal İsayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin müdiri Kamal Nəcəfli, eləcə də bu qurumlardan olan nümayəndələr iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan şəhər İdarəsinin müdiri K.Nəcəfli bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışmışdır.

Daha sonra tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin şəhər şöbəsinin əməkdaşı C.İsayev “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Ə.Fərəcov “Dini ekstremizmə qarşı mübarizədə dini qurumların rolu”, şəhər İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi S.Əliyev “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikultural ənənələrin rolu”, şəhər İdarəsinin müdiri K.Nəcəfli “Gənclərin tərbiyəsində multikulturalizmin rolu” mövzularında çıxış etmişlər və dövlətin dini sahədə yürütdüyü siyasət nəticəsində multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzinə çevrilməsi və bunun dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən bəhs etmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.