“3 rəngli bayrağım” adlı inşa müsabiqəsi
08 noyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

08 noyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də 9 Noyabr-“Dövlət Bayrağı Günü”nün qeyd edilməsi və gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin aşılanması məqsədilə “3 rəngli bayrağım” adlı inşa müsabiqəsinin yekun mərhələsi keçirildi. 30 nəfərə yaxın gəncin iştirak etdiyi müsabiqədə Məmmədova Aygül - I, Xankişiyev Cavidan - II, Əzimzadə Dilşad - III yerə layiq görüldülər. Qaliblərə Gənclər Evinin diplom və hədiyyələri təqdim olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.