Fərdi sərgi
08 noyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

08 noyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də 9 Noyabr-“Dövlət Bayrağı Günü” ilə əlaqədar gənc rəssam Günel Hüseynovanın əl işləri və rəsmlərindən ibarət fərdi sərgisi təşkil olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.