“Təmiz qida ilə sağlam gələcəyə doğru” adlı layihə
25 yanvar, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 yanvar 2017-ci il tarixdə Binəqədi rayon Gənclər evində “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin “Təmiz qida ilə sağlam gələcəyə doğru” adlı layihəsi həyata keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Könül Əfəndiyeva, ekspert - həkim Arzu Hacızadə, rayon gəncləri, məktəblilər iştirak etmişdirlər.

Tədbiri rayon Gənclər və İdman İdarəsinin əməkdaşı açıq elan edərək qonaqları salamlamış və layihə iştirakçılarına uğurlar arzu etmişdir. Daha sonra layihə rəhbəri K.Əfəndiyeva layihənin məqsədləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Çıxışlardan sonra layihə çərçivəsində hazırlanan videoçarx nümayiş olunmuşdur. Tədbirin sonunda ekspert - həkim A.Hacızadə məişət gigiyenası və düzgün qidalanma ilə bağlı təqdimatla çıxış etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.