Sumqayıt Gənclər evində növbəti psixoloji seminar keçirilmişdir
06 noyabr 2019 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

06.11.2019-cu il tarixdə Sumqayıt Gənclər evində “Tükənmişlik sindromu” adlı psixoloji seminar keçirilmişdir. Gənclər evinin psixoloqu Yaşar Səlimov tərəfindən keçirilən seminarda gənclərə tükənmişlik sindromu haqqında ümumi məlumat verilmiş, sindromunun simptomlarından və həlli üsullarından ətraflı bəhs etmişdir. Həmçinin qeyd etmişdir ki, insanı narahat edən fikir varsa, vaxtında kökü tapılmalı və güclü iradə ilə mübarizə aparmaq lazmdır. Əks halda nevroz ve psixi xəstəliklərə gətirib çıxara bilər.

Seminar diskusiya şəklində davam etdirilmiş və gəncləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılmışdır.

Sonda gənclərə maarifləndirici bukletlər paylanılmış və çay süfrəsi təşkil edilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.