“Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl” adlı praktik seminar və film nümayişi
05 noyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

05 noyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM tərəfindən Şirvan şəhər 10 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri ilə “Zərərli vərdişlərə sağlam düşüncə ilə qalib gəl” adlı praktik seminar keçirildi və könüllülərimiz tərəfindən çəkilən “Bir dəfədən heçnə olmaz” filmi nümayiş edildi. Sonda məktəblilər film haqqında fikirlərini bölüşdülər, mövzu ilə bağlı müzakirələr aparıldı.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.