Yeni fəaliyyətə başlayan könüllülərlə görüş
06 noyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

06 noyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də yeni fəaliyyətə başlayan könüllülərlə növbəti görüş keçirildi. Könüllülər arasında iş bölgüsü aparıldı, keçiriləcək kurs və təlimlər müəyyən olundu. Növbəti həftədən etibarən hər həftənin şənbə günləri könüllülər üçün ingilis və rus dili, məntiq, kompüter və işarə dilində xüsusi kurslar təşkil olunacaqdır. Kurslar iyul ayınadək davam edəcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.