Abituriyentlər üçün sınaq imtahanı
22 yanvar, 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

22 yanvar 2017-ci il tarixdə Binəqədi rayon Gənclər Evində abituriyentlər üçün sınaq imtahanı keçirilmişdir. İmtahanda rayon orta ümumtəhsil müəssisələrindən ümumilikdə 78 nəfər şagird iştirak etmişdir. 7 nəfər nəzarətçinin müşayiəti ilə keçirilən sınaq imtahanı saat 10:00-dan 13:00-a qədər davam etmişdir. İmtahanın nəticələri həmin gün axşam www.sinaqnetice.az saytında yerləşdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.