“Yanvar - 1990” mövzusunda şeir müsabiqəsi
18 yanvar, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Suraxanı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 yanvar 2017-ci il tarixdə Suraxanı rayon Gənclər Evində rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Yanvar - 1990" mövzusunda şeir müsabiqəsi keçirilmişdir.

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Zəkiyyə Hacıyeva öz çıxışında 27 il əvvəl, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə əli silahsız, məsum insanlara qarşı törədilmiş vəhşiliklərdən, dinc əhaliyə tutulmuş divandan, yaralanmış, itkin düşmüş həmvətənlərimizdən, yüzlərlə insanın qətlindən danışmışdır. Daha sonra rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Rəşid Heydərov və aparıcı məsləhətçi Elnarə Məmmədova müsabiqə iştirakçılarına tariximizə qarşı daima hörmətlə və həssaslıqla yanaşmalarını tövsiyyə etmişdirlər.

İştirakçılar münsiflər heyətinin tərkibinə daxil olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Zəkiyyə Hacıyeva, Q.Abbasov adına Qaraçuxur Mədəniyyət Evinin bədii rəhbəri Bəhiyyə Nağıyeva, M.Ə.Sabir adına Bülbülə Mədəniyyət Evinin direktoru Cavid Məlikov tərəfindən üç yaş kateqoriyası üzrə qiymətləndirilmişdirlər.

Müsabiqə iştirakçılarının mükafatlandırılması mərasimi 19 yanvar 2017-ci il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.