“Qanlı yanvar” mövzusunda rəsm müsabiqəsi
18 yanvar, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

18 yanvar 2017-ci il tarixdə Suraxanı rayon Gənclər Evində "Günəş" rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət "Qanlı Yanvar" mövzusunda rəsm sərgisi keçirilmişdir. Sərgidə gənc rəssamlar 20 Yanvar faciəsi ilə bağlı hisslərini boyaların köməyi ilə kağız üzərində əks etdirmişdirlər.

“Günəş“ rəsm dərnəyinin rəhbəri Ülviyyə Paşayeva öz çıxışında yeniyetmə və gənclərə bildirmişdir ki, 20 Yanvar 1990-cı il tarixi Azərbaycan xalqının tarixinə "Qanlı Yanvar" faciəsi kimi daxil olmuşdur. Qeyd olunmuşdur ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Daha sonra sərgiyə baxış keçirilmiş və müsabiqə qalibləri mükafatlandırılmışdırlar. Sərgidə iştirak edən uşaq, yeniyetmə və gənclər Suraxanı rayon Gənclər və İdman İdarəsi və "Günəş" rəsm studiyası tərəfindən diplomlarla təltif olunmuşdurlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.