Görüş - məlumatlandırma
08 oktyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

08 oktyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-in fəaliyyəti – burada fəaliyyət göstərən dərnək və klublar haqqında tələbə gəncləri məlumatlandırmaq məqsədilə Gənclər Evinin əməkdaşları Şirvan şəhər Peşə Liseyinin I kurs tələbələri ilə görüş keçirmiş, Gənclər Evinin bütün fəaliyyətləri haqqında tələbələrə məlumat verilmişdir. Tələbə gəncləri fəaliyyətimiz haqqında maraqlandıran suallar cavablandırılmış və könüllülük haqqında ətraflı məlumat verilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.