“Müstəqillik kuboku-2” intellektual bilik yarışması-seçim turu
04 oktyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

04 oktyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də 18 Oktyabr-“Dövlət Müstəqilliyi Günü”nün qeyd olunması ilə əlaqədar gənclər arasında keçirilən “Xəmsə” Milli İntellektual oyunu üzrə “Müstəqillik Kuboku-2” intellektual bilik yarışması layihəsinin II seçim turu keçirildi. II seçim turunda yarışan 8 komandadan 2-si “Radium” və “Zəka” komandaları oktyabr ayının 17-sində keçiriləcək final turuna vəsiqə qazandı. Növbəti seçim turu 10.10.2019-cu il tarixdə keçiriləcəkdir

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.