Şirvan Gənclər Evində ingilis və rus dilləri üzrə "Conversation club"a start verildi
05 oktyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

05 oktyabr 2019 - cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də gənclər və məktəblilər üçün ingilis və rus dilləri üzrə "Conversation club"a start verildi. "Conversation club" davamlı olaraq, hər həftənin şənbə günləri keçiriləcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.