“Özünü kəşf et” proqramının ilk təlimi
05 oktyabr 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

05 oktyabr 2019-cu il tarixində Gəncə Gənclər Evinin əməkdaşı Sevinc Məmmədova tərəfindən Gənclərin fərdi inkişafına töhfə vermək, eyni zamanda məşğulluğunun təmin edilməsi məqsədillə “Özünü kəşf et” proqramının ilk təlimi “Bacarıqların Təhlili” təşkil olundu.

İlkin mərhələdə gənclərin online seçimi həyata keçirildi, ümumilikdə 50 yaxin müraciət edən gənclərdən 15 nəfəri iştirak etmək haqqı qazandı. Təlimdə tədrisin formal və qeyri- formal təhsilə əsaslanan öyrənmə metodlarından istifadə olunur.

Proqram 2 Noyabr 2019-cu il tarixinədək, hər həftənin şənbə günü Gənclər evində həyata keçiriləcək.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.