Gənc məktəblilərlə vətənpərvərlik mövzusunda tədbir
04 oktyabr 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

"Gənclərin vətənvərlik ruhunda tərbiyəsi" 04.10.2019-cu il tarixində "Saatlı Gənclər evi" SXM-də gənc məktəblilərlə vətənpərvərlik mövzusunda tədbir keçirilmiş və gənclərin vətənpərvərlik anlayışı haqqında fikirləri dinlənilmişdir. Gənclərə vətənpərvərlik haqqında mövzu təqdim olunmuş və mövzu sonlandıqdan sonra isə qrup işi verilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.