“Müasirlikdə Peyzaj təsvirləri” mövzusunda sərgi
21 yanvar, 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Rəsm Qalereyasının təşkilati dəstəyi ilə 21 yanvar 2017-ci il tarixdə Sumqayıt şəhər Gənclər Evində “Müasirlikdə Peyzaj təsvirləri” adlı layihə çəçivəsində ilk sərgi təşkil edilmişdir.

Sərgidə çıxış edənlər - layihə rəhbəri İlahə Əlizadə və “Nigart” rəsm dərnəyinin rəhbəri Nigar Qurbanova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğunu bildirmişlər və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışdırlar.

Qeyd olunmuşdur ki, Azərbaycan incəsənətini, milli mənəvi dəyərlərimizi, nəsildən-nəslə gətirib çıxarılan xəzinəmizi qorumaq, inkişaf etdirmək hər bir gəncimizin mənəvi borcudur. Məhz nadir sənət növlərimizdən olan peyzaj sənətinin də yeniyetmə və gənclər tərəfindən mənimsənilməsi, bu sənət növünün tədqiqi, öyrənilməsi, təbliği vacib məsələlərdən biridir.

“Müasirlikdə Peyzaj təsvirləri” mövzusunda keçirilən sərgidə yeniyetmə və gənclərin əl işlərindən ibarət 30 rəsm əsəri nümayiş olunmuşdur. İştirakçılar öz əsərlərində Azərbaycan təbiətinin təsvirlərinə xüsusi yer vermişdirlər.

Sonda sərgidə əsərləri nümayiş olunmuş iştirakçılara sertifikatlar, 3 fərqli işin sahibinə isə xatirə hədiyyələri təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.