"Şəhidlər bizim qürur mənbəyimizdir" mövzusunda tədbir
19 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin Tədbirlər planına uyğun olaraq 19 yanvar 2017-ci il tarixdə şəhər Gənclər Evində “Şəhidlər bizim qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə İdarənin rəis müavini Sahil Hüseynov giriş nitqi ilə çıxış edərək 20 Yanvar şəhidlərinin müstəqilliyimizin bərpa olunmasındakı əvəzsiz rolundan danışaraq, onların əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını qeyd etmişdir. Daha sonra Mingəçevir şəhər Gənclər Evinin hüquqşünası Arifə Məmmədova, Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Sona Mustafayeva və Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadiqzadə çıxış edərək 20 Yanvar şəhidlərimizin qəhramanlıqları haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.