“Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” adlı layihə çərçivəsində Gənclər Evində görüş
18 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

UNİCEF və Avropa İttifaqının Azərbaycanda Nümayəndəliklərinin maliyyə dəstəyi ilə 2015-ci ilin dekabr ayından Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisi tərəfindən həyata keçirilən “Aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı” adlı layihə çərçivəsində 18 yanvar 2017-ci il tarixdə Mingəçevir şəhər Gənclər Evində 20-ə yaxın ailə və uşaqlarla görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd - ailələrin uşaq hüquqları ilə bağlı yaranmış problemlərini dinləmək, onları həll etmək, eyni zamanda uşaq hüquqları ilə bağlı maarifləndirmə işini aparmaq olmuşdur.

Daha sonra şəhər Gənclər Evinin bir qrup gənci və layihə əməkdaşlarının təşəbbüsü ilə ailələr və uşaqlar üçün onların istəklərinə uyğun geyim aksiyası təşkil olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.