"Sağlam həyat tərzinin gənclər arasında təbliğ olunması"
20 oktyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin gənclər arasında təbliğ olunması məqsədilə Gənclər evinə ekskursiya təşkil olunmuşdur. Ekskursiya çərçivəsində Universitetin Tarix-coğrafiya, İqtisadiyyat və idarəetmə, Pedaqoji və Fizika və texniki fənlər fakültələrinin tələbələri Gənclər evində yerləşən stolüstü tennis, şahmat, fitnes zallarında yaradılan şəraitdən bəhrələnmişlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.