"İstehlakçıların hüquqlarına dair maarifləndirmə işinin təşkili" adlı layihə çərçivəsində tədbirlər
12-13 yanvar, 2017 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, "Gənclərə Qayğı" İctimai Birliyinin təşkilatçılığı ilə 12-13 yanvar 2017-ci il tarixlərdə Suraxanı rayon Gənclər Evində "İstehlakçıların hüquqlarına dair maarifləndirmə işinin təşkili" adlı layihə çərçivəsində tədbirlər keçirilmişdir.

Layihədə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vətəndaşların maarifləndirilməsi, bu sahədə onların öz hüquq və vəzifələri ilə bağlı məlumatlandırılması, onlara öz hüquqlarının məhkəməyə qədər müdafiəsi və məhkəmə qaydasında təmin edilməsi prosedurundan bəhs edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.