“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin növbəti danışıq kursu
07 yanvar, 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

2016-cı ilin noyabr ayından başlayan “Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin növbəti hissəsinə start verilib. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihədə əsas məqsəd iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər vermək, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə iştirakçıları ətraflı məlumatlandırmaq, bələdçilərə xüsusi dil kursları təşkil etməklə turizmin inkişafına dəstək olmaqdır.

Müxtəlif təhsil müəssisələrində həyata keçirilən təlimlərdən sonra iştirakçılarla rus dili üzrə kurslar təşkil olunur. Kursların təşkil olunmasında məqsəd bu sahədə iştirakçıların bilik və bacarıqlarının artırılmasına köməklik göstərməkdən ibarətdir. Kursların ardınca iştirakçılar üçün təcrübə turları təşkil olunacaqdır. Sonda layihəni uğurla başa vuran fəal gənclər diplomlarla təltif olunacaqlar.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.