“Biz sülh istəyirik”
04 sentyabr 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

04 sentyabr 2019-cu il tarixdə “Şirvan Gənclər Evi” SXM-də “21 avqust – 21 sentyabr Sülh Aylığı” çərçivəsində “Biz sülh istəyirik” mövzusunda asfalt üzərində rəsm müsabiqəsi təşkil olundu. Müsabiqədə 40 nəfərə yaxın yeniyetmə və gənc iştirak etdi. İştirakçılar diplomla təltif olundu.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.