“Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi” nin növbəti təlimi
03 sentyabr 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı,“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin əməkdaşlığı və ev sahibliyi ilə keçirilən “Aztəminatlı ailələrə özünəməşğulluğun artırılması layihəsi”nin növbəti təlimi baş tutub. Təlim zamanı iştirakçılara marketinq plan haqqında məlumat verilib. Daha sonra marketinq planın əhəmiyyəti, hazırlanma qaydaları, marketinq planda əks olunan məsələlər onların diqqətinə çatdırılıb. Sonda iştirakçılar komandalara bölünərək qrup tapşırığı yerinə yetirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.