“Əsas Həyat Bacarıqları” təlimlərinin təlimlərinin yeniyetmələr üçün ilk təlimi baş tutub.
06 sentyabr 2019 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

ARGIN, UNICEF və Mingəçevir Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilən”Əsas Həyat Bacarıqları” təlimlərinin təlimlərinin yeniyetmələr üçün ilk təlimi baş tutub. Təlimin ilk günündə təlimçi Seymur Səfəralıyev tərəfindən iştirakçılara təlim kursu ilə bağlı ətraflı məlumat verilib, başlamazdan əvvəl qrup üçün bəzi qaydalar müəyyənləşdirilib. İştirakçılarla yanaşı valideynlərin də iştirak etdiyi təlimin ilk mövzusu "Gərginliyin idarə edilməsi" olub.

Sessiya zamanı yeniyetmələr gərginliyə səbəb olan ümumi vəziyyətləri müəyyən etməyi, gərginliyin əlamətlərini tanımağı öyrənib. Diqqətliliyin gərginliyin gücünü azaltmasındakı rolunu dərk edən iştirakçılar daha sonra nəfəsalma fəaliyyətini təcrübədən keçirib.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.