Şagirdlər üçün Yeni il şənliyi
28 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

28 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhər Gənclər Evinin dəstəyi ilə şagirdlər üçün Yeni il şənliyi keçirilmişdir. Şənlikdə rəsm dərnəyinin şagirdləri, həmçinin şagirdlərin valideynləri ilə yanaşı şəhər Gənclər Evinin kollektivi və könüllüləri iştirak etmişdirlər.

Tədbirdə istedadlı şagirdlərin rəsm əsərləri nümayiş etdirilmiş və onların əsərləri tədbirin qonaqları tərəfindən bəyənilmişdir.

Şaxta babanın tədbirə gəlişi uşaqların sevincini daha da artırmış və hər bir şagird öz istedadına görə Şaxta babadan öz hədiyyəsini qazanmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.