31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə məktəblilər üçün tədbir
29 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

29 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhər Gənclər Evinin dəstəyi ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə məktəblilər üçün tədbir təşkil olunmuşdur. Tədbirdə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin sədri Tural Kərimov, Mingəçevir şəhər 3, 6, 13 nömrəli məktəblərin müəllim kollektivi və şagirdləri iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Məcidova açıq elan etmişdir. Tədbirdə gənclər və şagirdlər qonaqlar üçün rəqs və musiqidən ibarət, həmçinin özündə Birliyi əks etdirən kompozisiyanı nümayiş etdirmişdirlər.

Sonda Birliyin sədri T.Kərimov və qeyd olunan məktəblərin müəllim heyəti şagirdlərə öz təbriklərini və ürək sözlərini bildirmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.