“Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin rus dili üzrə danışıq klubu
23-24 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Mingəçevir Turizm İnformasiya Mərkəzi, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, şəhər Gənclər Evinin təşkilati dəstəyi ilə “Regionu gənc bələdçilərlə tanıyaq!” adlı layihənin təlimləri davam edir. Layihənin davamı olaraq rus dili üzrə danışıq klubu təşkil olunmuşdur. Dil kursunda iştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri biliklər verilmiş, regionda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması və digər məsələlər barədə ətraflı məlumat verilmişdir. Bələdçilərə xüsusi dil kurslarının təşkil edilməsində məqsəd turizmin inkişafına dəstək olmaq, həmçinin turizm sahəsində bələdçi çatışmazlığının aradan qaldırılmasına yardımçı olmaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.