“Mingəçevir İstək Liseyi Daxili Debat Turniri”nin yekunu
26 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Debat Mərkəzi, Mingəçevir "İstək" liseyi və şəhər Gənclər Evinin təşkilatçılığı ilə keçirilən debat turniri başa çatmışdır. Mingəçevir “İstək” liseyi şagirdləri arasında keçirilən turnirin ilk günündə 10 komanda olmaqla 30 spiker debat raundlarında iştirak etmişdir.

Finala qədər olan mərhələlərin keçirildiyi ilk gündə daha uğurla çıxış edən "Mat" və "Sə 1" komandaları finala vəsiqə qazanmışdırlar. 26 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhər Gənclər Evində “Final Mükafatlandırma və Bağlanış Mərasimi” baş tutmuşdur. Mingəçevir Regional Debat Mərkəzinin hakimlər heyəti tərəfindən idarə olunan final oyununda daha uğurla çıxış edən “Mat” komandası “Mingəçevir İstək Liseyi Daxili Debat Turniri”nin qalibi olmuşdur. Tədbirdə Mingəçevir “İstək” liseyinin müdiri Fəqan Əhmədov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov və Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə çıxış etmişlər və bu kimi debatların keçirilməsinin gənclərin həyatında müstəsna rol oynamasını, gənclərdə araşdırma və natiqlik qabiliyyətinin inkişafına müsbət təsir etdiyini bildirmişdirlər. Turnirdə qalib komandaya kubok, medal, ən yaxşı 10 natiqə və bütün iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Turnir 2017-ci ildə keçiriləcək ”İstək Liseyləri Debat Forumu”na hazırlıq xarakteri daşıyır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.