Müəllimlər-bərabər cəmiyyət üçün
07 avqust 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

07 avqust 2019 - cu il tarixdə “Şirvan Gənclər Evi” SXM, Buta Humanitar Uşaq fondu, Ümid SİD və UAFA-nın birgə təşkilatçılığı ilə “Müəllimlər-bərabər cəmiyyət üçün” adı altında əlilliyi olan uşaqların valideynləri ilə maarifləndirici görüş-seminar keçirildi. Seminarda UAFA Şirvan və İƏR mərkəzindən faydalanan uşaqların valideynləri və əlilliyi olan uşaqlar iştirak etdi. Seminarın keçirilməsində əsas məqsəd əlilliyi olan uşaqların cəmiyyətdən uzaqlaşdırılmaması, yaradılan şəraitdən istifadə olunmasına yönəlik məlumatların verilməsi, valideynlərin fikirlərinin dinlənilməsi və lazımi köməkliyin göstərilməsi idi.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.