“Yay düşərgəsi” layihəsi
05-06 avqust 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

“Şirvan Gənclər Evi” SXM-də təşkil olunmuş “Yay düşərgəsi” layihəsinin yeni həftəsində iştirakçılara işarət dili, debat, musiqi dərsləri keçirilmişdir. Dərsdən sonra isə idman (futbol, valeybol, tenis) oyunları ilə asudə vaxtlarını səmərəli keçirmişlər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.