“Yay düşərgəsi” layihəsi
01-02 avqust 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

“Şirvan Gənclər Evi” SXM-də təşkil olunmuş “Yay düşərgəsi” layihəsinin yeni həftəsində iştirakçılara ingilis dili, komputer dərsləri, Ədəbiyyat dərnəyinin “qrammatik danışıq metodları” və məlumatlandırma təlimləri, musiqi dərsləri keçirilmişdir. Dərsdən sonra isə əyləncəli oyunlarla asudə vaxtlarını səmərəli keçirmişlər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.