"Fərdi Xəmsə" yarışmasının seçim turu
03 avqust 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

03 avqust 2019-cu il tarixdə Şirvan Gənclər Evində futbol mövzusunda "Fərdi Xəmsə" yarışmasının seçim turu keçirildi. 40 nəfərdən çox gəncin iştirak etdiyi seçim turunda ən yüksək nəticə göstərən 16 nəfər yarım-final mərhələsinə vəsiqə qazandı. Növbəti seçim turu 17 avqust 2019-cu il tarixdə keçiriləcəkdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.