“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində üçüncü seminar
24 dekabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 24 dekabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində üçüncü seminar keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul, Muzeyin Şuşa filialının müdiri Səbinə Əzizova, Bakı Humanitar Kollecinin tələbələri, ASAN könüllüləri iştirak etmişdirlər.

Tədbiri İdarənin aparıcı məsləhətçisi Ülviyyə Usubova giriş nitqi ilə açaraq qonaqları salamlamışdır. O bildirmişdir ki, Azərbaycanın xalq - tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutmuş və tarixən böyük inkişaf yolu keçmişdir.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat vermişdir.

Muzeyin Şuşa filialının müdiri Səbinə Əzizova “Qarabağ və Təbriz qrupuna aid olan xalça və xalça məmulatları” haqqında geniş məruzə ilə çıxış etmiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır. Seminarda “Xilas olunmuş eksponatlar" adlı jurnal gənclərə təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.