31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə bədii-əyləncəli bayram tədbiri
25 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 25 dekabr 2016-cı il tarixdə şəhər Gənclər Evində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə bədii-əyləncəli bayram tədbiri təşkil edilmişdir.

Tədbirdə Sumqayıt şəhər Gənclər Evi və şəhərin müxtəlif sahələrində könüllü olaraq çalışan gənclər, hökumət və qeyri-hökumət gənclər təşkilatları, ictimai birliklərin nümayəndələri iştirak etmişdirlər. İlk öncə iştirakçılara Baş İdarənin cari il ərzində həyata keçirdiyi tədbirlərdən ibarət foto-slayd təqdim edilmişdir.

Bayram tədbirində çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov ötən il ərzində respublikamızda olduğu kimi Sumqayıtda da şəhər rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərlə iş sahəsində həyata keçirilmiş tədbirlərdən, əldə edilmiş nailiyyətlərdən danışmış, bu uğurların ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində əldə olunduğunu xüsusilə vurğulamış, iştirakçıları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etmişdir.

Tədbirin bədii hissəsində müxtəlif əyləncəli intellektual oyunlar keçirilmiş, yeniyetmə və gənclərin ifasında maraqlı musiqi və rəqs nümunələri nümayiş etdirilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.