”Ətraf mühitimizi qoruyaq” adlı ekoliji təlim
21-25 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə 21-25 dekabr 2016-cı il tarixlərdə Suraxanı rayon Gənclər Evində rayon tam orta məktəb şagirdlərinin iştirakı ilə ”Ətraf mühitimizi qoruyaq” adlı ekoliji təlim keçirilmişdir. Təlim zamanı uşaqlarla təbiəti, canlıları, küçə heyvanlarını qorumaq, onlara qayğı göstərməklə bağlı müzakirələr aparılmış, məhsulların təkrar emalı, qalıq qidaların təbiətə atılmadan səmərəli istifadəsi, məktəblilərin bu istiqamətdə gördüyü işlər öyrənilmişdir. Bundan başqa məktəblilərə işıq, su və qazdan səmərəli istifadə etmədikləri təqdirdə ekologiyaya vurduqları zərər və sağlamlığımıza ciddi formada zərər vurmuş GMO-lu məhsullar barədə məlumatlar verilmişdir. Təlim iştirakçıları olan məktəblilər təlimçiyə axırıncı dəfə təbiətə verdikləri töhfələrdən, əkdikləri ağaclardan, yetişdirdikləri ev bitkilərindən danışmışdırlar. Təlimdə iştirak etmiş şagirdlərə sertifikatlar təqdim olunmuşdur. Təlim 25 dekabr tarixinədək davam etmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.