”Heydər Əliyev və dünya azərbaycanlıları”
23 dekabr, 2016 | Suraxanı rayonu, Azərbaycan Respublikası

Bakı şəhər Gənclər və İdman Baş və Suraxanı rayon Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə 23 dekabr 2016-cı il tarixdə Suraxanı rayon Gənclər Evində rayon tam orta məktəblərinin 10-11-ci sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və dünya azərbaycanlıları" mövzusunda bilik yarışı keçirilmişdir. Yarışda nəticələrin qiymətləndirilməsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Zəkiyyə Hacıyeva tərəfindən aparılmışdır. Yarışda 1-ci yeri 104 sayı, 2-ci yeri 146 saylı, 3-cü yeri 141 saylı tam orta məktəblərin komandaları tutmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.