“Yay kuboku I-2019 intellektual bilik yarışması” layihəsi
07 iyul 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

10 iyul 2019-cu il tarixdə Şirvan Gənclər Evində yay tətilində olan gənclərin, xüsusilə tələbə gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə təşkil olunmuş “Yay kuboku I-2019” intellektual bilik yarışmasının ikinci seçim turu keçirildi. İştirak edən komandalar arasından “Hear me Roar” və “Turan” komandaları iyul ayının 31-də keçiriləcək final turuna vəsiqə qazandılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.