“Yay düşərgəsi” layihəsinin növbəti həftəsindəyik
03 iyul 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Məktəblilərin yay tətillərinin səmərəli təşkili üçün həyata keçirilən “Yay düşərgəsi” layihəsinin növbəti həftəsindəyik. Həftənin ilk günlərində gənclərin istəyinə uyğun olaraq ədəbiyyat dərnəyi, kompüter proqramları, işarət dili dərsləri keçirilmiş, nahar fasiləsindən sonra karoeke, musiqi saatları, şahmat-dama, tennis, bilyard və digər oyunlarla asudə vaxtlarını səmərəli keçirirlər.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.