"Yay Məktəbinin" I günü
08 iyul 2019 | Saatlı rayonu, Azərbaycan Respublikası

08 iyul 2019-cu il tarixində "Saatlı Gənclər evi "sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə təşkil olunmuş "Yay Məktəbinin" I günü keçirildi. Tədbiri “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Əzizağa Quliyev giriş sözü ilə açdı. Daha sonra Saatlı rayon Təhsil Şöbəsinin müdir müavini Şöhrət Bədəlov Azərbaycanda təhsil sistemi və onun prinsipləri mövzusunda gənclərlə görüş keçirdi. Sonda gənclər “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsinin xidmətlərindən yararlandılar.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.