“Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında maarifləndirici xarakterli görüş
16 dekabr, 2016 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2016-cı il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqamətində “Narkotiksiz Gənclik – Sağlam Həyat” devizi altında maarifləndirici xarakterli görüş keçirilmişdir. Tədbirdə Sumqayıt Dövlət Universiteti, Sumqayıt Texniki və Tibb Kollecləri və şəhər Musiqi Texnikumunun tələbə-gəncləri, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin könüllüləri iştirak etmişdirlər.

16 dekabr 2016-cı il tarixdə Sumqayıt şəhər Gənclər Evində keçirilən tədbirdə iştirakçılar ilk öncə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin yeniyetmə-gənclərinin mövzuya aid əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşdurlar. Müsabiqə xarakterli təşkil olunan sərgidə I, II, II yerlər olmaqla qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri təqdim edilmişdir.

Daha sonra Gənclər Evinin akt zalında davam edən tədbirdə iştirakçılar Baş İdarənin təqdim etdiyi “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən filmi izləmişdirlər.

Tədbirdə Sumqayıt Rayonlararası Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov, şəhər Polis İdarəsinin əməkdaşı Bəbir Alxanov və şəhər Gənclər və İdman Baş İdarəsinin Bədən Tərbiyəsi və İdman sektorunun müdiri Vahid Abdullayev çıxış etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qoyulmuş və aparılan uğurlu siyasətin nəticəsi olaraq son illər respublikamızda narkotik vasitələrə və bihuşedici maddələrə qarşı mübarizə güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lər, ictimai təşkilatların da fəallığı artırılmışdır.

Həmçinin çıxışlarda Sumqayıt şəhərində narkomaniya əleyhinə keçirilən tədbirlər barədə, yeniyetmə və gənclərlə narkomanların taleyi, narkomaniyanın fəsadları və nəticələri haqqında, ondan qorunmağın yolları, şəhərdə bu dəhşətli bəla ilə mübarizə, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və onlarda sağlam həyat tərzinin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumatlar verilmişdir.

Sonda mövzu ətrafında şagirdlərlə fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmış və Baş İdarənin hazırladığı bukletlər iştirakçılara paylanılmışdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.