“İşə qəbul zamanı özünü təqdimetmə” adlı təlim
03 iyul 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Sumqayıt Gənclər evində 03.07.2019-cu il tarixdə “İşə qəbul zamanı özünü təqdimetmə” adlı təlim keçirilmişdir. İlk öncə təlimçi təlim iştirakçılarına CV və Rezüme arasındakı fərqi izah edərək, düzgün CV yazılş formasını göstərmişdir. Daha sonra isə müsahibədən uğurla keçmək üçün lazımı məlumatlar haqqında ətraflı bəhs etmiş və gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Təlimin sonunda isə gənclərə maarifləndirici bukletlər paylanılmış və şəkillər çəkilmişdir.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.