“Yay düşərgəsi” layihəsi uğurla davam edir
03 iyul 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Məktəblilərin yay tətillərinin səmərəli təşkili üçün həyata keçirilən “Yay düşərgəsi” layihəsi uğurla davam edir. Layihədə iştirak edən gənclərə düşərgənin III həftəsinin əvvəlində ilkin tibbi biliklər, işarət dili, musiqi dərsləri keçirilmiş, “Xəmsə” MİO üzrə yarış və “Motivasiya” mövzusu üzrə təlim təşkil olunmuşdur.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.