Hüquqi Xidmət Mərkəzinin illik hesabatı
21 dekabr, 2016 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

2015-ci ilin dekabr ayından UNİCEF və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliklərinin maliyyə dəstəyi ilə “Aztəminatlı ailələrə uşaq hüquqları il bağlı hüquqi xidmət” adlı layihəyə star verilmişdir. Layihənin əsas məqsədi - ailələrə və uşaqlara hüquqi yardımlar göstərmək və maarifləndirmə işinin aparılmasından ibarətdir. Həmçinin layihə çərçivəsində bir sıra vəzifələr qarşıya qoyulmuşdur. Bunlar uşaq hüquqlarının təbliği, milli səviyyədə ictimai vəkillik, maarifləndirmənin təşkili, uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə məhkəmələrdə müdafiə işini həyata keçirmək, uşaqları və ailələri müxtəlif sosial xidmətlərə yönəltmək, yerli səviyyədə dövlət orqanları ilə əməkdaşlıq əlaqələrini gücləndirməkdən ibarətdir. Layihə uğurlu alındığından və qeyd olunan xidmətlərə ehtiyac olduğundan 2016-cı ilin noyabr ayından 2017-ci ilin avqust ayının sonunadək Hüquqi Xidmət Mərkəzi öz fəaliyyətini davam etdirəcəkdir.
21 dekabr 2016-cı il tarixdə Mingəçevir şəhər Gənclər Evində sözügedən layihənin Orta İcmal Hesabatı və “uşaqların hüquqi qeydiyyatı və sosial təminatı” mövzusunda Mərkəz tərəfindən həyata keçiriləcək kommunikasiya strategiyasının müzakirəsi ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə layihə üzrə koordinator Tural Kərimov, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi şöbəsinin müdiri Vüqar Salmanov, UNİCEF-in milli konsultantı Ramil İskəndərli, UNİCEF-in proqram rəhbəri Elza İbrahimova, eləcə də Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, din xadimi Hacı Cavid çıxış edərək, layihənin önəmliliyindən, uşaqlara və ailələrə göstərilən hüquqi xidmətlərin böyük dəyərindən danışmışdırlar. Həmçinin layihə ilə birbaşa və dolayısı yolla əlaqəsi olan təhsil ocaqlarının nümayəndələri, Mərkəzin xidmətindən yararlanan şəxslər çıxış edərək, belə bir önəmli layihənin təşkil olunması və həyata keçirilməsində təşəbbüs göstərdiyinə görə UNİCEF-in Nümayəndəliyinə minnətdarlıqlarını bildirmişdirlər, sözügedən layihənin daha uzun müddət ərzində davam etməsini, aztəminatlı ailələrdən olan uşaqlar və onların valideynləri ilə istər hüquqi, istərsə də psixoloji işlərin gücləndirilməsini təklif etmişdirlər.
Tədbirin ikinci hissəsində UNİCEF-in və Mərkəzin, təhsil ocaqlarının nümayəndələrinin, din xadimlərinin, valideynlərin, gənclərin iştirakı ilə “uşaqların hüquqi qeydiyyatı və sosial təminatı” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa arxasında iştirakçılar müzakirə olunan mövzu ilə bağlı fikirlərini bölüşmüşlər, gələcəkdə bu sahədə işlərin necə görülməsinə dair təkliflərini irəli sürmüşdürlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.