“Yay düşərgəsi”
20 iyun 2019 | Şirvan şəhəri, Azərbaycan Respublikası

Məktəblilərin yay tətillərinin səmərəli təşkili üçün 20 iyun - 10 sentyabr 2019-cu il tarixədək keçiriləcək “Yay düşərgəsi” layihəsinin I qrupuna start verildi. Layihədə iştirak edən gəlclərə məntiq, xarici dillər, işarət dili, intellektual oyunlar və s. istiqamətdə biliklərini artırmaq məqsədilə dərslər keçiriləcək, asudə vaxtlarının səmərəli təşkili məqsədilə teatr, kino, rəqs, stolüstü tennis, bilyard, şahmat, dama və s. oyunlar təşkil olunacaqdır.

“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.